UEFA Konfrans Liqasında Neftçi III təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Komandamız İstanbulda Beşiktaşın qonağı olacaq. Bakıda 3:1 hesablı qələbə qazanan Türkiyə klubu böyük üstünlük əldə edib. Amma buna baxmayaraq neftçinin baş məşqçisi Adrian Mutu itiriləcək heç nəyin olmadığını və sona kimi döyüşəcəklərini bildirib.
“Bilirik ki, bizi çətin oyun gözləyir. İki qol fərqini aradan qaldırmalıyıq. Baxmayaraq ki, çox güclü komanda qarşılaşacağıq. “Beşiktaş”a rəqib olduğumuz zaman hamı bizi siyahıdan silmişdi. Futbolda hər şey mümkündür. Bura məğlub kimi gəlsək də, qələbə qazanmaq istəyirik. Adətən bu cür komandalarla Konfrans Liqasında yox, Çempionlar Liqasında qarşılaşırsan. Sona kimi var qüvvıəmizlə mübarizə aparacağıq”. Sitatın sonu
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş də media nümayəndələrinin önünə çıxıb. Təcrübəli mütəxəssis oyunla bağlı fikirlərini açıqlayıb.
Qeyd edək ki, bu gün İstanbulda keçiriləcək “Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.